"Mühafizə və təhlükəsizlik qaydaları" mövzusunda təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 272 nömrəli tam orta məktəbdə "Mühafizə və təhlükəsizlik qaydaları" mövzusunda təlimlər keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki,  "Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan təlimlərin əsas məqsədi şagirdlərdə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, bununla bağlı şagirdlərə davranış qaydalarını öyrətmək, müvafiq qaydalarla bağlı onların bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Təlimlərin sonunda biliklərin möhkəmləndirilməsi və davamlılığın artırılması məqsədilə şagirdlərə müvafiq test tapşırıqları verilir. Test tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin keçirilən mövzularla bağlı bilik səviyyəsi yoxlanılır.

Təlimlərin üç gün davam etməsi nəzərdə tutulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31