“Müəllimlərin bilik və bacarıqlarının artırılması” adlı lahiyə çərçivəsində təlimlər davam edir

Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olmuş "Müəllimlərin bilik və bacarıqlarının artırılması" adlı lahiyə çərçivəsində S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın müəllimləri üçün təşkil olunmuş təlimlər plan üzrə davam edir. "OLAYLAR" xəbər verir ki, bu barədə layihə rəhbəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın direktor müavini Tural Mahmudov məlumat verib.

Onun sözlərinə görə, bu lahiyənin reallaşdırılmasında məqsəd Azərbyacan dili, riyaziyyat və xarici dil fənn müəllimlərinin yeni tip qiymətləndirmə vasitələrinin hazırlanmasına və bu vasitələrindən düzgün istifadə etmə bacarıqlarının formalaşdırılmasına yardım etməkdir. Bundan başqa layihə çərçivəsində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi vasitələri və üsullarının təkmilləşdirilməsi, müəllimlər üçün təlimlərin təşkili, onların bu sahədə elmi-metodiki hazırlığının və peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin təlim nəticələrinin yüksəldilməsi istiqaməində işlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31