Cəzaçəkmə müəssisəsində kitab aksiyası keçirilib

18 Oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyilə Penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində kitab aksiyası təşkil olunub. Penitensiar xidmətdən "Olaylar"a verilən məlumata görə,  AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və Penitesniar xidmətin məsul əməkdaşlarının iştirak etdikləri tədbirə gənc yazar Rövşən Abdullanın dəvət olunması məhkumlar tərəfindən böyük maraqla qarşılanmışdır. Janr və mövzudan asılı olmayaraq mütaliənin insanın şəxsiyyət kimi formalaşmasındakı əvəzsiz rolundan bəhs edən yazıçı kitab oxumadan kamillik zirvəsinə yüksəlməyin mümkünsüz olduğunu bildirmişdir. Kitabı elm və əxlaq dünyasına açılan qapı adlandıran Rövşən Abdulla eyni zamanda məhkumlara müəllifi olduğu kitablar barədə məlumat vermiş, əsərlərində daha çox psixologiya, fəlsəfə, antologiya və teologiya mövzularına toxunduğunu diqqətə çatdırmışdır.

Tədbir zamanı mövzu ilə bağlı məhkumların sualları cavablandırılmış, onların oxumaq istədikləri, lakin cəza çəkdikləri müəssisənin kitabxanasında olmayan ədəbiyyatlar siyahıya alınmışdır. Mərkəzi Elmi Kitabxananın əməkdaşları yaxın vaxtlarda həmin kitabları toplayaraq məhkumlara göndərəcəklərini bildirmişlər. onda məhkumlar arasında "Azərbaycan Xalq Cümhuriyyəti - 100 il" mövzusunda viktorina keçirilmiş, qaliblərə dünya ədəbiyyatı nümunələrinə dair kitablar hədiyyə edilmişdir. AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hədiyyə olunan çoxsaylı kitablar 11 saylı cəzaçəkmə müəssisəsinin kitabxanasına təhvil verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31