Nazirin görüş vaxtı dəyişdirildi
19 Oktyabr 2018 16:11 SosialNəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 26 oktyabr 2018-ci il tarixinə Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü 23 oktyabr 2018-ci il tarixində saat 12:00-da keçiriləcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.