Sosial şəbəkələrdə xərçəng xəstəsini öz övladı kimi təqdim ETDİ VƏ....
19 Oktyabr 2018 15:54 SosialBərdə rayon sakini Xəyyam Rzayev rayon polis şöbəsinə müraciət edərək Ruslan adlı şəxsin sosial şəbəkələrdə hesab açaraq onun xərçəng xəstəliyindən əziyyət çəkən oğlunu öz övladı kimi təqdim etdiyini və oğlunun şəkillərini paylaşdığını bildirib.
Şikayətçi qeyd edib ki, Ruslan sosial şəbəkə istifadəçilərindən onun oğlunun şəkilləri vasitəsilə "Kapital bank"da açdığı hesaba pul köçürmələrini xahiş edib. Daha sonra X.Rzayev oğlunun müalicəsi üçün yığılan pulları tələb etdikdə, Ruslan vəsaiti verməkdən boyun qaçırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31