N saylı hərbi hissədə Müstəqillik Günü
19 Oktyabr 2018 14:57 SosialBakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirin əvvəlində aparıcı Humay Muxtarova əsgərlər qarşısında çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb.
Tanınmış müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.
Sonda alayın rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31