Gələn il üçün yaşayış minimumunun məbləği artırılır

Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği açıqlanıb. Məlumata görə, bu barədə " 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib. Sənəddə göstərilib ki, 2019-cu  ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub. Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında", " 2019-cu il üçün yaşayış minimumu haqqında", "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31