Ermənistan parlamenti bu tarixdə yeni baş nazir seçəcək

Ermənistan baş nazirinin seçilməsi üzrə seçkilər 24 oktyabrda keçiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan parlament aparatı məlumat yayıb.

Qeyd edək ki, 16 oktyabrda baş nazir Paşinyan parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verdiyini bəyan etmişdi.

Ermənistan Konstitusiyasına görə, baş nazir və hökumətin istefasından sonra parlamentdəki fraksiyalar 7 gün ərzində baş nazir postuna yeni namizəd irəli sürməlidirlər. Əgər parlament səsvermə zamanı yeni baş nazir seçməsə, yeni yeddigünlük müddətdə yeni seçkilər keçirilir. Baş nazirin ikinci dəfə də seçilməməsi halında parlament qanunauyğun olaraq buraxılır.

Konstitusiyaya uyğun olaraq növbədənkənar seçkilər parlamentin buraxılmasından sonra ən az 30, ən gec 45 gün sonra keçirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31