Zığ şosesində uçqun tipli sürüşmə olub
18 Oktyabr 2018 17:56 SosialBu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib.
Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.
Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbələrində də sürüşmə prosesi baş verir.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31