Təhsil müəssisələrində müstəqilliyin 27-ci ildönümü qeyd olunub
18 Oktyabr 2018 17:07 SosialPaytaxt məktəblərində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və "Dəyirmi masa"lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
"Müstəqil Azərbaycan", "18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü", "Azərbaycan müstəqillik illərində", "Müstəqilliyimiz əbədidir!", "Müstəqilliyimiz milli sərvətimizdir" və digər tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər 27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyi və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutuğunu bildiriblər.