“Müasir gənclik və Azərbaycan” mövzusunda tədbir keçirilib

Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu akademik Z.Əliyeva adına şəhər üç saylı tam orta məktəbdə  "Müasir gənclik və Azərbaycan" mövzusunda tədbir keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki. tədbiri giriş sözü ilə açan Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov  milli-mənəvi dəyərlərin zəngin mədəni irs olmaqla yanaşı Azərbaycan xalqının milli özünəməxsusluğunun ifadə vasitəsinə çevrildiyi qeyd edib, dini radikalizm və onun fəsadları haqqında məlumat verib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ləman Balayeva Azərbaycanda tarixən yaradılan  dini dözümlülüyün həm İslam dininin, həm də Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olduğunu bildirib, gənclərin milli ruhda tərbiyə olunmasının  önəmli olduğunu vurğulayıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31