Tərtərdə Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
18 Oktyabr 2018 14:55 SosialTərtər rayonununda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, zona toplantısına Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan rayonların gəncləri qatılıblar.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov , Səhiyyə Nazirliyinin ictimai səhiyyə və islahat mərkəzinin həkimi Lətafət Dadaşova, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsi üzrə baş məsləhətçi İlqar Pənahov habelə zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak edirdilər.
Toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Səhiyyə Nazirliyinin nümayəndəsi Lətafət Dadaşova, Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və digərləri ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən danışıblar.
İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edilib.
Rəsmi hissə bitdikdən sonra istedadlı gənclərin iştirakı ilə konsert proqramı təşkil edilib.