Paytaxtda 48 206 şagird I sinifdə təhsil alır
16 Oktyabr 2018 13:44 SosialBakı Şəhəri üzrə təhsil müəssisələrində (məktəb, lisey və gimnaziya) 48 206 şagird I sinifdə təhsil alır. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan 40 900 nəfəri 6 yaşı tamam olan, 7 306 nəfəri 6 yaşı tamam olmayan (sentyabrın 15-dən dekabrın 31-dək anadan olan) uşaqlardır.
Qeyd edək ki, hər il olduğu kimi, 2018-2019-cu tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, "Əlaqə" bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.