Azərbaycanda DƏHŞƏTLİ OLAY: 53 yaşlı məktəb mühafizəçisi...

Quba rayonunda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayonun Amsar kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərov Elşad Ələmşah oğlu özünü gecə saatlarında yaşadığı evin arxa hissəsində asaraq intihar edib. Səhər yuxudan oyanan E.Əsgərovun ailə üzvləri onun asılı vəziyyətdə qalmış meyitini aşkarlayıblar.

Bildirilir ki, həyatına son qoyan 53 yaşlı kişi Amsar kənd məktəbində gözətçi işləyirmiş. Son vaxtlar yuxusuzluqdan əziyyət çəkən Elşadın elə bu səbəbdən intihar etdiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31