Rəşid Mahmudovun səhhəti ilə bağlı - Son xəbər

Hazırda Rəşid Mahmudovun vəziyyəti yaxşıdır.

Bu sözləri Axar.az-a açıqlamasında R.Mahmudovun həyat yoldaşı söyləyib.

"Yaşlı adamdır. Hərdən halı pisləşir. Şükür ki, indi vəziyyəti düzəlib. Hələlik həkimlər heç bir diaqnoz qoymayıb", - deyə o bildirib.

Qeyd edək ki, tanınmış həkim Rəşid Mahmudov dünən axşam xəstəxanaya yerləşdirilib. Nyus24.az onun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində müalicə aldığını yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31