Gənclər arasında peşə təhsilinin təbliğinə start verildi
16 Oktyabr 2018 11:39 Sosial"Üfüq" gənclərin inkişafı naminə ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında peşə təhsilinin təbliği istiqamətidə təlimlərin təşkil edilməsi" adlı layihə icra edir.
Olaylar.az bildirir ki, layihənin əsas məqsədi yeniyetmə və gənclərin müxtəlif peşələr haqqında nəzəri və praktiki biliklərinin artırılmasıdır.
Layihə çərçivəsində yeniyetmə və gənclər arasında peşə təhsilinə marağın artırılması istiqamətində hər qrupda 30 nəfər olmaqla 4nəzəri təlim keçiriləcək. Təlimlərdə günün tələbi olan peşələr (xalçaçı, dərzi, dülgər, bərbər, aşpaz və s.) haqqında geniş məlumatlar veriləcək, inkişaf edən dövlətimizdə peşə təhsilinin və peşəyə yiyələnməyin əhəmiyyətindən danışılacaq.
Yeniyetmə və gənclərin Samux rayonunda yerləşən dərzi sexində, qadın salonlarında, şadlıq saraylarında və Bizim ailə tumunun sexində hər birində 20 nəfər olmaqla ümumilikdə 3 praktiki məşğələ təşkil ediləcək. Bu sexlərdə yeniyetmə və məktəblilər müxtəlif peşə sahələrinin fəaliyyəti ilə əyani şəkildə tanış olacaqlar.