Ölkədə dini saytlara giriş məhdudlaşdırılsın

“Çox təəsüfləndirici haldır ki, ölkədə fəaliyyət göstərən radikal yönümlü dini saytlar Gəncə İcra başçısına qarşı sui-qəsd törədən terrorçu Yunis Səfərovu qısa zamanda “qəhrəman” etdilər”.

"Çox təəsüfləndirici haldır ki, ölkədə fəaliyyət göstərən radikal yönümlü dini saytlar Gəncə İcra başçısına qarşı sui-qəsd törədən terrorçu Yunis Səfərovu qısa zamanda "qəhrəman" etdilər".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Çağdaş Strateji Araşdırma Mərkəzinin sədri Seymur Süleymanov səsləndirib.

O, bildirb ki, Yunis Səfərov bu əməli ilə dövlətə güllə atmış sayılır: "Əgər ölkədə terrorçunu açıq aşkar təbliğ edən dini saytlar fəaliyyət göstərirsə, bu o deməkdir ki, ölkədə terrora dəstək verən KİV-lər mövcuddur. Gəncədə 2 polis zabitimizin öldürülməsindən dərhal sonra həmin radikal dini saytlarda Sumqayıtda qanunsuz aksiya keçirmək üçün xəbərlər dərc olundu. Çox maraqlıdır ki, nöqtə və vergülünə qədər eyni olan xəbər birneçə dini yönümlü saytlarda dərc olunmağa başladı. Ardınca isə sosial şəbəkələrdə çağırışlara start verildi. Aydın olur ki, bu saytlar bir mərkəzdən idarə olunur. Bu birbaşa dövlətimizə qarşı təxribat hazırlamaqdır.  Nə üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini saytlar üzərində monitorinq aparıb, ciddi tədbirlər görmür? Artıq dərəcədə ciddi mövzudur və ölkədə gedən həssas olaylar bu kimi məsələləri gündəmdə saxlamağa rəvac verir". Mərkəz rəhbəri deyib ki, Mingəçevir hadisəsi, icra başçısına qarşı sui-qəsd və 2 polisimizin ölümü ondan xəbər verir ki, qaragüruh qüvvələrin Azərbaycanla bağlı ayrı-ayrı maraqları var: "Bu maraqları reallaşdırmaq üçün həmin qüvvələr müxtəlif vasitələrdən istifadə edirlər. Bu vasitələrdən ən effektlisi isə ölkəmizdə müxtəlif radikalyönümlü dini saytlarının maliyyələşdirilməsidir. Regionda marağı olan dövlətlər həmin saytların vasitəsilə maraqlarını ifadə edən yazılar dərc etdirirlər. Bu cür saytlar çox güman ki, İran İslam Respublikasının birbaşa təsiri altındadır. Həmin saytlar yazılarında da İran İslam Respublikasının maraqlarını dəfələrlə vurğulayırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31