Astarada toy mərasimində 22 nəfər zəhərləndi
2 İyul 2018 05:37 SosialAstarada iyunun 30-da toyda zəhərlənmə olub.
Publika.az xəbər verir ki, ilkin məlumata görə, toy mərasimində 22 nəfər zəhərlənib.
Zəhərlənən şəxslər Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların əksəriyyəti tibbi yardım göstərildikdən sonra evə buraxılıb, hazırda iki nəfərin müalicəsi davam etdirilir.
Hadisə "Şahin" şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31