Regional proqramlar əhalinin rifah halının yüksəldilməsinə xidmət edib

2004-cü ildən bəri uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bütövlükdə Azərbaycanın simasını dəyişdi desək yanılmarıq. Məhz bu proqramların icrası nəticəsində ölkənin bütün istiqamətlərində irəliləyiş, inkişaf əldə edildi.

İlk Dövlət Proqramının icrası zamanı bir qədər çətinliklər, problemlər ortaya çıxsa da, lakin sonrakı proqramlarda bu mənfi tendensiya özünü göstərmədi. Əslində birinci Dövlət Proqramının icrası zamanı müəyyən çətinliklərin olması gözlənilən idi. Çünki ilk dəfə idi ki, Azərbaycanda geniş masştablı bir Dövlət Proqramı qəbul edilir və icra olunurdu. Artıq ikinci dəfə qəbul edilən Dövlət Proqramında isə belə bir mənfi hal müşahdiə edilmirdi.

İkinci dəfə qəbul edilmiş Dövlət Proqramının icra vəziyyəti, proqramda nəzərdə tutulan tədbirlər planı və onun həyata keçirildiyi müddət ərzində görülən işlərə nəzər yetirdikdə görürük ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq səviyyəsinin aşağı düşməsində və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynadı.

2009-2013-cü illər ərzində də Azərbaycan Respublikasının Prezidenti regionların inkişafını diqqət mərkəzində saxladı, ölkənin bütün iqtisadi rayonları əhatə olunmaqla müxtəlif bölgələrdə, o cümlədən Bakı şəhərində yüzlərlə infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etdi, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış oldu, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından tanış oldu, müvafiq göstərişlər verdi.

Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində proqraməın icra edildiyi beş ildə regionlarda davamlı iqtisadi inkişafın təmin edilməsi ilə makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına nail olunmuş və bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirildi.

Belə ki, 2009-cu ildə dünyada maliyyə-iqtisadi böhran şəraiti olmasına baxmayaraq "Standard & Poors" şirkətinin reytinqini yenidən qiymətləndirdiyi ölkələr sırasında reytinqin müsbət istiqamətdə dəyişməsi ilk

dəfə olaraq məhz Azərbaycan Respublikası üçün qeydə alındı.

2010-cu il ərzində sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında Azərbaycan "orta insan inkişafı ölkələri" qrupunu tərk edərək "yüksək insan inkişafı ölkələri" qrupuna daxil edilmişdi. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış Qlobal Rəqabətlilik Hesabatına əsasən ölkəmiz MDB ölkələri arasında 1-ci, makroiqtisadi mühitin sabitliyi alt indeksi üzrə 139 ölkə arasında 13-cü oldu. "Standard and Poors" Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini "Stabil"dən "Pozitiv"ə yüksəldi, "Fitch Ratings" Agentliyi tərəfindən ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi verildi.

Regional proqramların icrası nəticəsində Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər də nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildi, "Fitch Ratings" agentliyi Azərbaycanın xarici və daxili valyutada uzunmüddətli suveren reytinqini investisiya səviyyəli "BBB-" səviyyəsində təsdiq etmiş və reytinqin proqnozunu "müsbət" kimi saxladı.

2012-ci ildə isə "Qlobal Rəqabətlilik Hesabatı"nda əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusi ilə

yaxşı nəticələr əldə edildi, "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 26-cı, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 18-ci olmuşdur. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabət qabiliyyətli iqtisadiyyatları qrupuna daxil oldu. və MDB ölkələri arasında birinci mövqeyini saxladı.

Və nəhayət Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlər 2013-cü ildə də nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirildi və bu agentliklərin hamısı ("Fitch Ratings", "Standart & Poor's" və "Moody's") Azərbaycana investisiya kredit reytinqi vermiş və Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə oldu.

Qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaq 2009- 2013-cü illərdə həyata keçirilən Dövlət Proqramı və  büdcə-vergi siyasətinin əsas məqsədlərindən biri oldu. Vergi sisteminin təkmilləşdirilməsi məqsədilə vergi dərəcələrinin optimallaşdırılması, sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi, sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompüter terminallarının və özəl vergi məsləhəti xidmətinin yaradılması sahəsində əhəmiyyətli tədbirlər davam etdirildi.

Eyni zamanda, dövlətin pul-kredit siyasəti makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, o cümlədən qeyri-neft sektorunda, regionlarda məşğulluğun və istehsalın stimullaşdırılmasına, bu əsasda onun sürətli və intensiv inkişafına, real sektorda investisiya fəallığının yüksəlməsinə, iqtisadiyyatın diversifikasiyasına, yoxsulluğun səviyyəsinin azaldılmasına və əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə

yönəldi.

Bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional filial şəbəkəsinin genişləndirilməsi, sığorta və lizinq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi son beş il ərzində də iqtisadi siyasətdə prioritet kimi müəyyən olundu, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirildi. Mərkəzi

Bank öz fəaliyyətini inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması, manatın məzənnəsinin sabitliyinin

möhkəmləndirilməsi kimi hədəflərin realizasiyasına yönəltdi.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" 19.06.2009-

cu il tarixli 835 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 2010-cu ilin 1 yanvar tarixindən hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirildi. Məcəlləyə edilən dəyişikliyə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən hüquqi şəxslərin mənfəətindən olduğu kimi 20 faiz dərəcə ilə vergi tutulur və muzdla işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləğinin 2000 manatdan, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləğinin 24000 manatdan çox olan hissəsindən tutulan gəlir vergisinin dərəcəsi 35 faizdən 30 faizə endirildi.

Sosial vəziyyətindən asılı olaraq gəlir vergisi güzəştlə tutulan fiziki şəxslərin müxtəlif kateqoriyalarının aylıq gəlirlərinə tətbiq edilən vergi güzəştləri müvafiq olaraq 100 manatdan 200 manata, 55 manatdan 100 manata və 20 manatdan 50 manatadək artırıldı.

İkinci Dövlət Proqramı çərçivəsində diqqət çəkən bir məqam da vardı. Belə ki, sahibkarlığın təşviqinə yönəlmiş vergi siyasətinin həyata keçirilməsi məqsədilə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanunu ilə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün mənfəət, gəlir, əmlak, torpaq vergisindən və idxal etdikləri texnikalara, texnoloji avadanlıqlara və qurğulara görə ƏDV-nin ödənilməsindən azad edildilər.

Bunlarla yanaşı, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən, parkın ərazisində yerləşən əmlaklarına görə əmlak vergisindən və parkın ərazisində istifadə etdikləri torpaqlara görə torpaq vergisindən və idxal etdikləri texnikalara, texnoloji avadanlıqlara və qurğulara görə ƏDV-nin ödənilməsindən azad edildilər.

Eyni zamanda Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən əsas vəsaitlərə aid edilən aktivlərin dəyəri 100 manatdan 500 manatadək artırılmış, əsas vəsaitlərin (aktivlərin) yenidən qiymətləndirilməsindən yaranan artım mənfəət vergisindən azad edildi, amortizasiya və əmlak vergisi hesablanan zaman qeyd edilən artımın nəzərə alınmamasının, büdcəyə ödənilməli olan əlavə dəyər vergisinin təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə vergi ödəyicisinin kassasına və hesablaşma hesabına daxil olmuş məbləğlərdən hesablanması nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31