Korrupsiyaya qarşı mübarizədə medianın rolu

Medianın aşkarladığı faktlara lazımi reaksiya verilmir

Beynəlxalq təcrübədə korrupsiyaya qarşı mübarizədə media və vətəndaş cəmiyyətlərinin rolu xüsusi qiymətləndirilir. Elə buna gör də korrupsiya faktlarının aşkarlanması bə belə faktların ictimaiyyətə doğru-düzgün çatdırılmasında onların imkanlarından geniş istifadə olunur. Təəssüf ki, Azərbaycanda korrupsiyaya qarşı yalnız ixtisaslaşmış qurumların mübarizəsi müşahidə olunur. Etiraf edək ki, dünyanın ən aparıcı dövlətlərində belə  sosial bəla olan korrupsiyaya qarşı mübarizə kompleks şəkildə - yəni, bütün ictimai və dövlət idarəçilik sahələrini əhatə etməklə aparılır. Azərbaycanda isə bu istiqamətdə mübarizə tədbirləri dar çərçivədə həyata keçirilir. Demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə cəmiyətim roli minimum səviyyədədir. Hüquqşünas Alim Hüseynli bildirib ki, korrupsiyaya qarşı mübarizədə vətəndaşların dövlət orqanlarına etimadının təmin edilməsi mühüm şərtdir. Cəmiyyətdə bunun əksi müşahidə olunduqda insanlar alternativ xidmətlərə üz tutacaqlar. Hazırda Azərbaycanda vətəndaşlar tərəfindən  daha çox ASAN xidmət mərkəzlərinə axın var. Vətəndaşlar dövlət qurumları ilə müqayisədə daha çox alternativ xidmətdən istifadə edirlər: "Təbii ki, o insanlar ASAN xidmət mərkəzlərinə üz tutur ki, onlar bu xidmət mərkəzində qanunu tələblərini gerçəkləşdirilər. Amma faktdır ki, ölkədə qanunsuz tələblər də var və bu tələblərin ödənilməsi üçün insanlar müxtəlif yollar axtarırlar. Şübhəsiz  ki, insanlar qanunsuz tələblərini ASAN xidmət mərkəzlərində reallaşdıra bilməyəcəklər. Belə halda vətəndaşlar dövlət orqanlarına üz tutmaq məcburiyyətində qalırlar. Bu kimi halların qarşısını almaq məqsədilə ASAN xidmətlərin fəaliyyət dairəsinin genişləndirilməsinə egtiyac var. Əgər bu xidmət mərkəzləri genişləndirilib bütün respublikanı əhatə etməsə, elə ASAN xidmət mərkəzi kimi qalacaq ki, bu da korrupsiyaya qarşı mübarizədə istənilən nəticəni verməyəcək". Hüquqşünas qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə əhalinin hüquqi savadının yüksək olması əhəmiyyətli rol oynayır: "Nəzərə almaq lazımdır ki, ölkə vətəndaşlarının hamısının hüquqi biliyə eyni səviyyədə deyil. Elə bu səbədən də bəzən vətəndaşlar üçün rüşvətlə korrupsiya cinayətləri qaranlıq qalır. Hətta bəzən müvafiq qurumlar tərəfindən rüşvətlə bağlı  mətbuata verilən məlumatlar korrupsiya cinayətləri kimi qiymətləndirilir. Bu səbədən vətəndaşlara aydın olmalıdır ki, korupsiya ilə rüşvətin fərqi nədən ibarətdir. Məlum olmalıdır ki, alı məktəblər və yaxud cəhiyyə  müəssisələrində aşkar edilən faktlar əslində korrupsiya ilə deyil, rüşvətlə bağlıdır. Korrupsiya cinayətləri isə ictimaiyyətin, eləcə də vətəndaş cəmiyyətləri və medianın müdaxilə edib araşdıra bilməyəcəyi səviyyədə mühafizə olunur. Bi isə ilk növbədə dövlət büdcəsindən ayrılan vəsaitlərin ayrı-ayrı idarə və müəssisələr tərəfindən xərclənməsi zamanı baş verir". Onun sözlərinə görə, ən çox müxtəliv qurumlar tərəfindən həyata keçirilən təmir-bərpa işləri zamanı belə hallar müşahidə olunur. Şəhərin müxtəlif ərazilərində təmir olunan yollar, küçələrə döşənən daşlar il ərzində dəfələrlə yenilənir və nəticədə xeyli vəsait sərf olunur. Belə çıxır ki, həmin qurumlar çalışırlar ki, nəyin bahasına olursa olsun büdcədən ayrılan illik xərcləri silsinlər. Düşünürlər ki, ilin sonuna qədər büdcədə vəsait qalarsa, növbəti ildə ayrılacaq vəsaitin həcmi azaldıla bilər. Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri zamanı belə halların aşkar olunduğu barədə məlumatlar verilib:"Nəzərə alaq ki, hazırki dövrdə təmir-bərpa işlərinə ayrılan vəsaitlərin həcmi elə də kiçik rəqəm deyil. Bu rəqəmlər milyonlarla  ölçülr. Yaxşı olardı ki, korrupsiya cinayətləri ilə bağlı monitorinqlər zamanı daha çox diqqət bu məsələlərər yönəldilsin. Yoxsa, hansısa mənurun 5-10 manat rüşvət almasını açıqlamaqla korrupsiyaya qarşı mübarizə aparmaq mümkün deyil. Əslində belə praktika diqqəti daha ciddi faktlardan yayındırmaq deməkdir".

Medianın bu məsələdə iştirakına gəlincə, hüquqşünas  bildirib ki, korrupsiyaya qarşı mübarizədə ilk növbədə medianın potensialı nəzərə alınmalıdır. Medianın korrupsiyaya qarşı mübarizəsi o zaman effektli ola bilər ki, mətbuatın üzə çıxardığı faktlarla bağlı konkrert adımlar atılsın, lazımi tədbirlər görülsün: "Amma indiyə qədər bu sahədə də ürəkaçan bir mənzərənin şahidi olmamışıq. Demək olar ki, saytlarda, informasiya agentliklərində korrupsiya ilə əlaqədar hətta video çəklişlər olur ki,  ona qarşı heç bir reaksiya verilmir. Əgər belə faktlarla bağlı müvafiq tədbirlər görülsə, həmin medianın özünün marağı olar ki, korrupsiya faktlarının aşkarlanmasında iştirak etsin".  Hüquqşünas  əlavə edib ki, qanunvaricilikdə edilən əlavə və dəyişikliklərlə medianın  araşdırma fəaliyyətinə müəyyən baryerlər qoyulub. Bu baryerlər foto və video çəkilişlər, dövlət məmurlarından içazələrin alınması və sair məsələlərlə bağlıdır. Əslində belə məhdudiyyətlər medianın əl-qolunu bağlamaqdan başqa bir şey deyil. Elə halda media üçün yeganə bir  çıxış yolu qalır ki, dövlət qurumlarının özlərinin ortaya çıxardığı və hazır şəkildə təqdim etdiyi materialları cəmiyyətə təqdim etsin. Təbii ki, bu halda da  korrupsiyaya qarşı aparılan mübarizə arzuolunan nəticəni verə bilməz. Odur ki, korrupsiyaya qarşı mübarizədə medianın və vətəndaş cəmiyyətlərinin imkanlarından geniş istifadəyə ehtiyac var.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31