Regional proqramlar ölkədə təhsil və səhiyyənin inkişafına təkan verib

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə səbəb olub. 2004-cü ildən mərhələli şəkildə və uğurla icra edilən proqramlar yeni infrastrukturun yaradılması ilə yanaşı, regionların inkişafına, yeni müəssisələr, təhsil və səhiyyə ocaqlarının açılması, tikilib istifadəyə verilməsinə yol açıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə səbəb olub. 2004-cü ildən mərhələli şəkildə və uğurla icra edilən proqramlar yeni infrastrukturun yaradılması ilə yanaşı, regionların inkişafına, yeni müəssisələr, təhsil və səhiyyə ocaqlarının açılması, tikilib istifadəyə verilməsinə yol açıb.

Ümumiyyətlə, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan dövlət proqramları son illərdə, daha dəqiq desək Dövlət Proqramlarının icra edildiyi müddət ərzində  səhiyyə, idman, mədəniyyət və təhsil sahələrində də mühüm layihələr həyata keçirilib, bütün regionlarda müasir standartlara uyğun sosial infrastruktur obyektləri istifadəyə verilib. Eyni zamanda, son illərdə Heydər Əliyev Fondu tərəfindən göstərilən qayğı nəticəsində, respublikamızın bütün bölgələrində milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülüb. 2009-cu ildə qəbul edilən II Dövlət Proqramına uyğun olaraq isə proqramın icra edildiyi beş il ərzində səhiyyə sahəsində ölkədə bir sıra mühüm əhəmiyyətli infrastruktur obyektlərinin istifadəyə verilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yaxşılaşıb, bu dövrdə təkcə regionlarda 304 səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu müddət ərzində tikilmiş və ya əsaslı təmir olunmuş bir sıra səhiyyə obyektlərinə, o cümlədən Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Respublika Perinatal Mərkəzi, Talassemiya Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Respublika Diaqnostika Mərkəzi, Cəlilabad, Bərdə, Quba, Xızı və Şamaxı rayonlarında müalicə-diaqnostika mərkəzləri, Şabran, Xaçmaz, Ağdaş, Şəki, Qusar, Astara, Lerik, Şahbuz, Balakən, Saatlı, Göygöl, Yevlax, Cəlilabad, Sədərək, Ağdam və Ağcabədidə mərkəzi rayon xəstəxanaları, Naxçıvanda şəhər poliklinikası, Doğum Mərkəzi, Tovuzda Hemodializ Mərkəzi, Horadiz Tibb Mərkəzi, Yevlax, Ağdam və Ucarda uşaq xəstəxanaları, Hacıqabulda Uşaq Tibb Mərkəzi, Biləsuvarda regional ana və uşaq mərkəzi və digərlərini göstərmək olar.

İkinci Dövlət Proqramının icra edildiyi 2009-2013-cü illər ərzində mədəniyyət sahəsində də bir sıra işlər görülüb, bu müddətdə Bakıda dünya arxitekturasının nadir incilərindən hesab olunan Heydər Əliyev Mərkəzi və "Baku Crystal Hall" kimi mədəniyyət ocaqlarının yaradılması Azərbaycanın inkişafının müasir reallıqlarını əks etdiib. Bundan əlavə Dövlət Proqramının icrası dövründə Astarada, Xızıda, Şabranda, Ucarda, Qubada, Qusarda, Zərdabda, Göyçayda, Beyləqanda, İmişlidə, Tərtərdə, İsmayıllıda, Şamaxıda, Ağsuda, Şirvanda, Lerikdə və Horadizdə Heydər Əliyev Mərkəzləri, Bakı Funikulyoru, "Nizami" kinoteatrı, "Kiçik Venesiya şəhərciyi", Qala qəsəbəsində Əntiq Əşyalar Muzeyi, Qəbələdə Mədəniyyət Mərkəzi, Heydər Əliyev Konqres Mərkəzi, Naxçıvanda Heydər Əliyev Sarayı, Yevlaxda, Sabirabadda, Qubada, Şirvanda, Goranboyda, Hacıqabulda, Beyləqanda, Kəngərlidə və Horadizdə mədəniyyət evləri, Xaçmazda xalça muzeyi, Yevlax Xalq Teatrı, "ELTV" regional televiziya şirkəti, Culfada uşaq musiqi məktəbi, Gədəbəydə aşıq musiqi məktəbi, Horadiz Muğam Mərkəzi, Saatlıda və Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyləri və digər əhəmiyyətli mədəniyyət 40 obyektləri istismara verilib. Bu müddət ərzində Bakıda Respublika stadionu, 8-ci km stadionu, Zirə İdman Kompleksi, "Xəzri" istirahət və sağlamlıq mərkəzi, Müşfiqabad qəsəbəsində İdman Sağlamlıq Mərkəzi, Azərbaycan Voleybol Federasiyasının voleybol meydançası, "Sərhədçi" Olimpiya İdman Mərkəzi, Tennis Akademiyası, "Bakı" futbol klubunun yeni təlim-məşq bazası, Şəmkir, Şərur, İsmayıllı, Astara, Balakən, Horadiz, Cəlilabad, Ağdaş, Tovuz, İmişli, Qəbələ, Sumqayıt, Şəki, Xaçmaz, Qax, Saatlı, Şirvan, Qobustan və Göyçayda Olimpiya İdman Kompleksləri, Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzi, Qəbələ Atıcılıq Klubu, Qubada Milli Qolf Klubu, Ağstafada Peyntbol və Atıcılıq Mərkəzi, Lənkəran, Masallı, Astara Boks Mərkəzləri, Mingəçevir, Qazax, Masallı, Ağstafa, Zərdab, Saatlı, Astara, Balakən,Tərtər, Ağcabədi, Siyəzən, Quba, Lənkəran, Qobustan və Horadiz Gənclər Mərkəzləri, Qazax, Qusar, Goranboy, İmişli, Saatlı, Horadiz, Cəlilabad, Quba, Xaçmaz, Ağcabədi, Ucar, Mingəçevir şahmat məktəbləri və s. tikilmiş və ya yenidənqurularaq istifadəyə verilib. Turizmin davamlı inkişafı çərçivəsində müasir standartlara uyğun olan turizm xidməti infrastrukturunun yaradılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətində də işlər davam etdirilib, 2009- 2013-cü illər ərzində Dövlət Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında bir sıra yeni turizm obyektlərinin açılışı olub. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2011-ci ilin turizm ili elan edilməsi turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində görülən işlərə mühüm təkan verib. 2009-2013-cü illər ərzində Bakıda "Qafqaz Baku City Hotel and Residences", "JW Marriott Absheron", "Four Seasons", "Hilton" otelləri, "Kempinski Badamdar", "Jumeirah Bilgah Beach", "Fairmont Baku" otel kompleksləri, Qusarda Şahdağ qış-yay turizm kompleksi, "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Balakəndə "Qubek", Qaxda "El Resort", Şəkidə "Green Hill İnn", Gəncədə "Ramada Plaza", Qəbələdə "Qafqaz Sport", "Qafqaz Resort" və "Qafqaz Riverside" mehmanxanaları, Naftalanda "Çinar Hotel" kompleksi və "Qaşaltı" sanatoriyası, Şəkidə "Shaki Palace", Tovuzda "Ayan Palace" otelləri, Qusarda "Zirvə" və "Qaya", "Pik Palas", "Şahdağ" otelləri, Salyanda "Kür" oteli, Qubada "Rixos" oteli, Qəbələdə "Qafqaz Karvansaray" otel kompleksi, Şəmkirdə "Excelsior Hotel" mehmanxanası kimi mühüm turizm obyektləri istismara verilib. Dünya standartlarında keyfiyyət və xidmət təklif edən Şahdağ Dağ İstirahət Kompleksinin istifadəyə verilməsi II regional inkişaf üzrə Dövlət Proqramı çərçivəsində turizmin inkişafına ən yaxşı töhfələrdən biridir və burada dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradılıb. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikilmiş mərkəzdə tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, akvapark və hovuzlar turistlərin ixtiyarına verilib, eyni zamanda piyada, at ilə gəzinti və digər xidmətlər də təşkil edilib. Dövlət Proqramının icrası ilə əlaqədar regionlarda, o cümlədən Bakı şəhərində sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilib. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Belə ki, son beş ildə təhsil infrastrukturunun inkişafı sahəsində regionlarda 903 məktəb və 147 uşaq bağçası tikilib və ya əsaslı təmir olunub. Bu dövr ərzində Azərbaycan Diplomatik Akademiyasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksləri, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu, Qubada Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksi və Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzi, Bakıda "Xabad-Or-Avner" təhsil mərkəzi, "Elitar" gimnaziya, 6 nömrəli məktəb, Bakı Oksford məktəbinin Şəmkir filialı üçün Uşaq Akademiyası, Zaqatalada Bəhmətli kənd tam orta məktəbi, 750 şagird yerlik 2 nömrəli tam orta məktəbi, 500 şagird yerlik Gözbarax kənd tam orta məktəbi və uşaq bağçası, Qaxda 300 şagird yerlik Güllük kənd orta məktəbi, Goranboy şəhər 3 nömrəli tam orta məktəb, Füzulidə 240 şagird yerlik 3 nömrəli Horadiz şəhər tam orta məktəbi, hər biri 360 şagird yerlik olmaqla Astaranın Rinə kənd, Oğuzun Böyük Söyüdlü kənd, Şəmkirin İrmaşlı kənd 1 nömrəli, Ağdaşın Yuxarı Ləki və Qaradeyin kənd, Qobustanın Xilmilli kənd 41 orta məktəbləri, 480 şagird yerlik Masallının Bambaşı və Siğdaş kənd, Qaxın Almalı kənd, Ağcabədinin Avşar kənd, Sabirabadın Bala Həşimxanlı kənd orta məktəbləri, 640 şagird yerlik Şamaxı şəhər 3 nömrəli, 960 şagird yerlik Gəncə şəhər 13 nömrəli orta məktəbləri, Qəbələdə uşaq bağçası, Şərurda Yengicə və Maxta kənd orta məktəbləri, Sədərəkdə 2 nömrəli orta məktəb, Yevlaxda 1 və 30 nömrəli orta məktəblər, Sabirabadda Mürsəlli kənd orta məktəbi, Ağdamda 18 nömrəli orta məktəb, Qəbələ rayonunun Nic qəsəbə 2 nömrəli orta məktəbi, Qazax rayonunun Birinci Şıxlı kənd orta məktəbi və s. kimi mühüm təhsil obyektləri istifadəyə verilmiş, regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların informasiya texnologiyaları ilə təmin edilməsi, təhsil sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması nəticəsində ölkə üzrə təlim şəraiti daha da yaxşılaşdırılıb. 2012-ci ildə ölkənin ali təhsil müəssisələrinə qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş yeni - geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib və Boloniya Deklarasiyasının tələblərinə tam cavab verən bu yeni siyahının təsdiq olunması Azərbaycan ali təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyası yolunda atılan mühüm addımlardan biri olub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31