Bu gündən Azərbaycana gələn əcnəbilərin qeydiyyatı ASANlaşdı
Əcnəbilərin (xarici vətəndaşların) olduğu yer üzrə qeydiyyatı artıq ölkəmizdə olan bütün ASAN-Xidmət mərkəzlərində həyata keçirilə bilər.
21 May 2018 14:08 SosialƏcnəbilərin (xarici vətəndaşların) olduğu yer üzrə qeydiyyatı artıq ölkəmizdə olan bütün ASAN-Xidmət mərkəzlərində həyata keçirilə bilər.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov feysbuk səhifəsində məlumat paylaşıb.
Vüsal Hüseynov qeyd edib ki, keçən həftə bu xidmət yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edib:
"Artıq regionlarımızın sakinləri və qonaqlar bu mərkəzlərdə asan formada qeydiyyata düşə bilərlər. Xidmət üçün rüsum yoxdur".
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31