Şəhidimiz torpağa tapşırıldı
21 May 2018 13:43 SosialMayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.Şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sadə insanlar iştirak edib.Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31