Bölgələrdə Səyyar ASAN xidmət 

Səyyar ASAN xidmət  25 may Şabran rayonunda,  30 may Biləsuvar, Zaqatala şəhərlərində, 26 may Ağstafa rayonunda,  6 iyun Xırdalan şəhərində,  9 iyun İmişli rayonunda,  25 may Buzovna qəsəbəsində, 29 may Samux şəhərində, 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar ASAN xidmət  25 may Şabran rayonunda,  30 may Biləsuvar, Zaqatala şəhərlərində, 26 may Ağstafa rayonunda,  6 iyun Xırdalan şəhərində,  9 iyun İmişli rayonunda,  25 may Buzovna qəsəbəsində, 29 may Samux şəhərində, 14 iyun Ağcabədi şəhərində, 24 may - 22 iyun Salyan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Olaylar.az bildirir ki, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31