Dörd bacının şəhid qardaşı - FOTO
20 May 2018 21:12 SosialXəbər verdiyimiz kimi, bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu- əsgər Tatarov Adil Əli oğlu şəhid olub.Oxu.Az xəbər verir ki, şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb.O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dörd bacının qardaşı olan şəhidimiz ailənin yeganə oğul övladı olub.Allah rəhmət eləsin!
Elvin Paşazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31