Musa Yaqubun səhhəti ağırlaşdı
19 May 2018 17:51 SosialAzərbaycanın tanınmış şairi Musa Yaqubun səhhətindəki problem bir az da ciddiləşib. Kult.az xəbər verir ki, bununla bağlı xalq şairi, Musa Yaqubun yaxın dostu Sabir Rüstəmxanlı danışıb. O bildirib ki, dostunun vəziyyətinin ağırlaşdığını eşidən kimi onun yaşadığı İsmayıllı rayonu, Buynuz kəndinə gedib:"Çox zəifəyib. Hər an nəsə baş verə bilər. Deyir, xaricdən dərman gəlməlidir. Guya, o dərman yaxşı təsir edir. Bəlkə möcüzə də baş verə bilər, amma hazırda heç də yaxşı deyil. Vəziyyəti gün-gündən pisləşir".Qeyd edək ki, 81 yaşı 10 mayda tamam olan şair xeyli müddətdir xəstə yatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31