Mərhum nazirin oğlundan villanın sökülməsinə reaksiya

Bu gün mətbuatda mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək yerində otel tikilməsi ilə bağlı məlumat yayılmışdı. N.Əliyevin oğu Fərhad Əliyev yayılan məlumatlardan böyük təəssüf hissi keçirdiyini bidirib.

Bu gün mətbuatda mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək yerində otel tikilməsi ilə bağlı məlumat yayılmışdı.
N.Əliyevin oğu Fərhad Əliyev yayılan məlumatlardan böyük təəssüf hissi keçirdiyini bidirib.

O, həmin ünvanda həqiqətən də atasına aid evin olduğunu təsdiqləyərək orada anasının yaşadığını söyləyib.

Lakin F.Əliyev bu evin satılması ilə bağlı xəbərin yalan olduğunu, atasının ilinə hazırlaşdıqları bir zamanda belə bir informasiyanın yayılmasından böyük məyusluq hissi keçirdiyini qeyd edib.

Sabiq nazirin oğlu mətbuatdan əvvəllər olduğu kimi, bundan sonra da atası ilə bağlı mövzularda həssas davranmağı xahiş edib. Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31