“Heydər Əliyev və müasir Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransı
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib. Olaylar.az bildirir ki, ADU rəhbərliyi və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək universitetin foyesində yerləşən büstü önünə tər-çiçəklər qoyublar. Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni və “Gaudeamus” tələbə himni səsləndirilib.
19 May 2018 07:49 SosialAzərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda respublika tələbə-şagird elmi konfransı keçirilib.
Olaylar.az bildirir ki, ADU rəhbərliyi və konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək universitetin foyesində yerləşən büstü önünə tər-çiçəklər qoyublar.
Konfransın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni və "Gaudeamus" tələbə himni səsləndirilib.
Azərbaycan Dillər Universitetinin rektoru, konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, professor Kamal Abdullayev qonaqları salamlayaraq onları universitetdə görməkdən şad olduğunu bildirib. Azərbaycan Dillər Universitetində bu gün xüsusi gün olduğunu deyib: "Xüsusi gün onunla bağlıdır ki, Azərbaycanın bir çox yerlərindən qonaqlarımız var. Məktəb şagirdləri öz direktorları, müəllimləri ilə birlikdə bizə qonaq gəliblər. Eyni zamanda, Bakının bir sıra məktəblərindən universitetimizin qonaqları var. Azərbaycanın bir çox universitetlərinin, akademiyalarının nümayəndələri də burada iştirak edirlər".
Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Şamaxı rayon 2 nömrəli tam orta məktəbi, Binəqədi rayon 298 nömrəli məktəb, 92 nömrəli məktəb, E.Ağayev adına 198 nömrəli məktəb, 314 nömrəli məktəb, V.əzizov adına 30 nömrəli məktəb, Nərimanov rayonu 36 nömrəli tam orta məktəb, 264 nömrəli məktəb-liseyi, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi, Yasamal rayon 225 nömrəli tam orta məktəb,
Nizami rayon 227 nömrəli tam orta məktəb, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəb, E.Tağızadə adına 164 nömrəli tam orta məktəb, 204 nömrəli tam orta məktəb, Hüseynov adına tam orta məktəb, Nəsimi rayonu 46 nömrəli tam orta məktəb, Nəsimi rayonu 42 nömrəli tam orta məktəb, 299 nömrəli tam orta məktəb, Suraxanı rayonu 275 nömrəli tam orta məktəb, Binəqədi rayonu 260 nömrəli məktəb-liseyi, Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəb, Cocuqmərcanlı kənd tam orta məktəbinin direktor və şagirdlərini salamlayan rektor K.Abdulla onları universitetdə görməyin olduqca sevindirici və şərəfli olduğunu vurğulayıb.
N.Aslanov adına Cocuqmərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev dəvət görə minnətdarlığını bildirib. Azərbaycan Dillər Universitetinin respublikada öz sözünü demiş, potensiallı universitet olduğunu deyən Z.Həziyev burada çıxış etməyin məsuliyyət tələb etdiyini dilə gətirib.
Konfransda Kəlbəcər rayonu 1 saylı orta məktəbinin direktoru Fərqanə Əhmədova dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə "Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdir siyasi xadim rəhbərlik edib" sözlərinin səsləndiyini qeyd edib.
ADU-nun tələbəsi, xəlifə rektor Nicat Aşurov, Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin 10B sinif şagirdi Lalə Ələsgərli akademik K.Abdullanın təşəbbüsü ilə bu kimi keçirilən yerli və beynəlxalq konfransların dünya və respublika səviyyəsində Ulu öndərin ideyalarının öyrənilməsində xüsusi rol oynadığını söyləyiblər.
Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov bugünkü konfransın bir neçə aspektə görə əhəmiyyətli olduğunu bildirib.
ADU-nun qonağı olan Türkiyənin Ankara Universitetinin Təhsil fakültəsinin dekanı professor xanım Qorxmaz universitet tələbələri və məktəb şagirdlərinin bir araya gələrək Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı müzakirələr aparmasını təqdirəlayiq hal hesab etdiyini bildirib. O, konfransın işinə uğurlar arzulayıb.
Nərimanov rayonu 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva konfransın təşkilinin böyük əmək tələb etdiyini qeyd edib.