Azərbaycanda 4 uşaq xəstəxanalıq oldu - YENİ TƏHLÜKƏ

Cənub bölgəsində 4 azyaşlıda qanın parçalanması-favizm xəstəliyi aşkarlanıb.

Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəran rayonun Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Lənkəran rayonunun Separadi kənd sakini, 2015-ci il təvəllüdlüCəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara Favizm (qanın parçalanması) diaqnozu qoyulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib.

Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31