Gənclərə gender bərabərliyi ilə bağlı təlimlər keçirilir

Lənkəran şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənclər Təşkikatları Milli Şurası tərəfindən "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursuna start verilir. “

Lənkəran şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənclər Təşkikatları Milli Şurası tərəfindən "Gənclər Gender Bərabərliyi Məqsədi Uğrunda" təlim kursuna start verilir.

"OLAYLAR"-a Gənclər Təşkilatları Milli Şurasından bildirilib ki, layihənin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasından Gender Bərabərliyi Məqsədinə çatmaq üçün cənub regionunda yaşayan gənc elçiləri müəyyən etmək və təmsil etdikləri rayonlarda gender bərabərliyi probleminin təbliğatını aparmaqdır.

Layihə çərçivəsində ümummilikdə iki hissədən ibarət olmaqla təlimləndirmə və təbliğat olacaq. 3 gün davam edəcək təlimləndirmə hissəsində "Dayanıqlı İnkişaf Məqsədləri (DİM)" haqqında təlimçi tərəfindən ətraflı məlumat veriləcək. Daha sonra "Gender stereotipləri və xülafə", "Qadınların cəmiyyətdə rolu, dünyada və Azərbaycanda qadın zorakılğı" mövzular üzrə müzakirələr keçiriləcək. Təlimin növbəti günündə "Gender bərabərsizliyini yaradan səbəblər və amillər", "Gender bərabərsizliyini aradan qaldıracaq həll yolları" və "İştirakçıların mövzu ilə bağlı gələcək planlarının tərtibi" mövzular üzrə qrup işləri təşkil olunacaq. Təlim kursun sonuncu günündə iştirakçıların mövzu ilə bağlı gələcək planlarının təqdimatı olacaq. Təlimin sonunda iştirakçılara təşkilatçılar tərəfindən şəhadətnamə təqdim olunacaq.

Təlimlər başa çatdıqdan sonra iştirakçıların təbliğat hissəsi start veriləcək. Təbliğat hissəsində gənclər yaşadığı rayonlarda mövzu ilə layihələr həyata keçirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31