AzTU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Mayın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Mayın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

"OLAYLAR"-a təhsil ocağından bildirilib ki,  AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov iştirakçıları AXC-nin 100 illik yubileyi münasibətilə təbrik edərək məlumat verib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Rektor əvəzi bildirib ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisə olaraq zəngin dövlət quruculuğu ilə yanaşı, Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən AXC-nin 100 illiyinin layiqincə keçirilməsinin əhəmiyyətinə diqqət çəkən Xalıq Yahudov ölkəmizin ikinci dəfə müstəqilliyi bərpa edildikdə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan olunduğunu qeyd edib. 
AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnistitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi isə çıxışında Cümhuriyyətin tarixi aspektlərinə toxunaraq həmin vaxt regionda baş verən proseslərə diqqət çəkib. S.Rüstəmova-Tohidinin sözlərinə görə, AXC-nin yaranmasında M.Rəsulzadə siyasi lider kimi böyük rol oynayıb. O, M.Rəsulzadənin həyatı, ictimai-siyasi, publisistik fəaliyyəti haqqında ətraflı məlumat verib. S.Rüstəmova-Tohidi deyib ki, M.Rəsulzadə sosial-demokratik, ictimai-siyasi, maarifçilik, milli özünüdərk və milli kimliyin dərk edilməsi istiqamətindəki böyük fəaliyyəti ilə milli ideologiyanın nəzəri əsaslarını qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31