Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar.
15 May 2018 15:42 SosialDiaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar.
"OLAYLAR" zəbər verir ki. artıq may ayının birinci yarısında Krasnoyarsk diyarı azərbaycanlılarının milli-mədəni muxtariyyatı, "Odlar yurdu" Xalq mahnı və rəqs ansamblı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Krasnoyarsk diyarı üzrə bölməsi "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriblər.
Açılış "Odlar yurdu" rəqs ansamblının konsert proqramı ilə başlayıb. Konsertdə Krasnoyarsk diyarının dövlət və hökumət rəsmiləri, şəhər administrasiyasının rəhbərliyi və təmsilçiləri, eləcə də qırğız, özbək, tacik, yəhudi və digər xalqların milli-mədəni birliklərinin nümayəndələri də iştirak ediblər.
Öncə səhnədə Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədri Taleh Mahmudovun adından onun müavini Xalid Hacıyev, "Odlar yurdu" rəqs ansamblının direktoru Səadət Qarayeva, ansamblın bədii rəhbəri Aqil Cəfərov çıxış ediblər. Çıxışçılar Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladığını və bütün dünya azərbaycanlılarının bu yubileyi qeyd etdiklərini bildiriblər. Həmçinin Krasnoyarskdakı soydaşlarımız AXC ilə bağlı keçirilən silsilə tədbirlərdə aktiv olmağa dəvət edilib.
Daha sonra min nəfərlik zalda Azərbaycanın "Qarabağ", "Zorxana", "İgidlər", "Tərəkəmə", "Köçəri", "Qarabağ çobanlar" və s. milli rəqsləri nümayiş etdirilib. Fəal iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Krasnoyarskda AXC ilə bağlı növbəti olaraq dəyirmi masa təşkil edilib. Tədbirə Sibir Federal Universitetinin professor-müəllim heyəti, tələbələr və digər xalqların milli-mədəni birliklərinin üzvləri qatılıblar. Dəyirmi masada AXC-nin Azərbaycan tarixində rolu, Rusiya-Azərbaycan münasibətlərindən danışılıb.