Cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 105 dəfə azalıb

Cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi üzrə göstəricilər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi hədəfləri aşaraq dərmanlara həssas vərəmli məhkumların müalicəsi üzrə 92 faiz, müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə isə 78 faiz müsbət nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir.

Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bunun nəticəsi olaraq, son beş ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə, vərəmdən ölüm isə 1995-ci illə müqayisədə 105 dəfə azalıb. Ölkəmizin praktiki olaraq dünyada ilk dəfə cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəsini yaymaq məqsədilə 2012-ci ildə İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə təlim mərkəzi yaradılıb. 2014-cü ildə ÜST Avropa Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib və onun vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq bu günlərdə beynəlxalq statusu ÜST Avropa Regional Bürosu tərəfindən növbəti dörd il müddətinə uzadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31