Nəsimi rayonunda AXC-nin 100 illiyi münasibəti ilə tədbir keçirilib
Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Nəsimi rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.
15 May 2018 13:32 SosialƏdliyyə Nazirliyinin təşəbbüsü ilə Nəsimi rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirilib.
"Olaylar" xəbər verir ki, "Möhkəm təməllər üzərində sağlam ailə mühitinin formalaşması" mövzusunda baş tutan dəyirmi masada Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə əlaqədar rayonda keçirilən silsilə tədbirlər barədə iştirakçilara məlumat verərək bildirdi ki, milli- mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan işlər dövlətimizin prioritet vəzifələrindən biridir. Bu istiqamətdə dövlətimiz tərəfindən çoxşaxəli tədbirlər keçirilir, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daim müxtəlif Sərəncamlar imzalanır, aidiyyatı qurumlara tapşırıqlar verilir. Dövlətimiz tərəfindən gənc ailələrin mənzillə təminatı istiqamətində gerçəkləşdirilən layihələr gənc Azərbaycan ailələrinin möhkəmləndirilməsinə böyük tövhə verəcəkdir. Nəzərə alsaq ki, hər bir ailə dövlətin sosial dayağıdır, odur ki, bu dayağın qorunub-saxlanılması daim nəzarətdə saxlanılmalıdır.
Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin rəisi Reyhanə Kərimova çıxış edərək bildirdi ki, bü yöndə keçirilən belə tədbirlərin , gənc ailələrin möhkəmlənməsində xüsusi əhəmiyyəti vardır. Azərbaycanda ailə institutunun sütunlar böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bir həqiqət vardır ki,bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Tədbir çərçivəsində yeni ailə quracaq gənclər bu tədbirdə iştiraklarından məmnun olduqlarını bildirdilər və tədbir iştirakçılarını əmin etdilər ki, quracaqlı ailə uzunömürlü möhkəm təməllər üzərində olacaq, daim ailələrində milli-mənəvi dəyərlərimizin qorunmasına çalışacaqlar.