Planetdəki bütün canlılar məhv olacaq – DƏHŞƏTLİ XƏBƏRDARLIQ

"ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, Üçüncü Dünya müharibəsi, ehtimal ki, olmayacaq".

Bunu Tibet buddistlərinin lideri Dalay Lama bildirib.

Ancaq o, xəbərdarlıq edib ki, nüvə müharibəsi olarsa, planetdəki bütün canlılar məhv olacaq.

"Rusiya Qərbə və Amerikaya ehtiyac duyur, Rusiyaya onların texnologiyaları lazımdır. Qərbin Rusiyaya ehtiyacı var, çünki o, böyük təbii sərvətlərə sahibdir. Bütün bəşəriyyət üçün son dərəcə lazımdır ki, şərq və qərbin ölkələri bir-birinə qarşılıqlı hörmətlə yaşasın", - Dalay Lama əlavə edib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31