Dövlət Miqrasiya Xidmətinin rəsmi “Facebook” səhifəsi istifadəyə verilib
15 May 2018 12:23 SosialBu gündən "Facebook" sosial şəbəkəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi səhifəsi fəaliyyətə başlayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir.
Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımı diqqətdə saxlanılacaq.
Report.az