Azərbaycan məhsulları “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Mayın 16-dan 18-dək Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 17 şirkətlə təmsil olunacaq.

Mayın 16-dan 18-dək Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək "Sial China 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan 17 şirkətlə təmsil olunacaq.

İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları "Made in Azerbaijan" vahid ölkə stendi ilə təqdim ediləcək. Pavilyonda meyvə şirələri, konservləşdirilmiş məhsullar, müxtəlif növ şərablar və spirtli içkilər, fındıq, qənnadı məmulatları, çay, zəfəran, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31