“Ebola” virusu qayıtdı - 19 nəfər öldü

Konqoda yenidən "Ebola" virusu yayılıb.

Bikoro, İboko və Vanqata bölgələrində artıq 19 nəfər dünyasını dəyişib. 39 nəfərdə isə virus aşkarlanıb.

Dünya Səhiyyə Təşkilatının direktor köməkçisi Piter Salama hökumətin razılığı olarsa, ölkəyə 300 min "Ebola" vaksini göndərəcəklərini deyib.

Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31