“Bakı Marafonu - 2018”ə rekord sayda iştirakçı qatılacaq
12 May 2018 11:17 Sosial"Bakı Marafonu - 2018"ə rekord sayda iştirakçı qatılacaq.
Bu barədə layihənin icraçısı olan "Sport Marketing Group" şirkətinin direktoru Ayaz Əhmədov məlumat verib. O, bildirib ki, marafonda iştirak üçün 17 mindən çox şəxs qeydiyyatdan keçib.
Əhmədovun sölərinə görə, marafona 30-dan çox şirkət də qatılacaq. Artıq qeydiyyat prosesi başa çatıb.
Qeyd edək ki, mayın 13-də keçiriləcək "Bakı Marafonu - 2018" saat 10:00-da start götürəcək.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31