Dünyanın ən yaşlı pişiyi
12 May 2018 08:08 SosialAmerikanın Teksas ştatında 30 yaşlı Skuter ləqəbli siam pişiyi dünyanın ən yaşlı pişiyi olaraq tanınıb. Bu barədə Ginnesin Rekordlar Kitabında məlumat yer alıb.Pişik 1986-cı ilin 26 martında dünyaya gəlib. Həmin vaxtdan da sahibəsi Geyl Floydla birgə yaşayır. Amerikalının dediyinə görə, Skuter səyahət etməyi sevir və onunla birgə ABŞ-ın 45 ştatında olub. Öz yaşına görə Skuter Oreqon ştatındakı 26 yaşlı Velvet ləqəbli pişiyi geridə qoyub. Sonuncu ən yaşlı pişik kimi daha öncə Ginnesin Rekordlar Kitabına düşüb.Bununla belə dünyada ən uzun yaşayan pişik Krim Paff ləqəbli, 38 yaşındakı pişik olub. O, 2005-ci ilin avqustunda ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31