Sənədini itirənlər üçün XƏBƏR - 885 itirilmiş sənəd tapılıb
“Azərpoçt” MMC-nin “Poçtap” sistemində 885 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 282-i sahiblərinə təhvil verilib.
12 May 2018 00:38 Sosial"Azərpoçt" MMC-nin "Poçtap" sistemində 885 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 282-i sahiblərinə təhvil verilib.
İndiyədək tapılan sənədlərin 555-i müvafiq strukturlara təhvil verilib, 48 sənəd isə "Azərpoçt"un şöbə və filiallarında saxlanılır.
Qeyd edək ki, "Poçtap" xidməti 2017-ci ilin fevralında işə salınıb və Bakı şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni" QSC, "Təmiz Şəhər" ASC və "Bakubus" MMC tərəfindən birgə həyata keçirilir.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31