Qobustanda yeni mədəniyyət-istirahət parkı istifadəyə verilib

10 may 2018-ci il tarixində Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istirahət parkı istifadəyə verilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, parkın açılışında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Açılışda Qobustan qəsəbəsinin 150-dən çox qəsəbə sakinləri iştirak edib.Öncə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov parkda görülən işlərlə tanış olub. Qaradağ rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində əhalinin istirahəti üçün salınmış Qobustan mədəniyyət-istirahət parkında bütün yaşlı insanların asudə vaxtının keçirilməsi üçün şərait yaradılıb. Parkın digər özəlliyi buraya istirahətə gələn uşaqlar üçün də nəzərdə tutulmuş yelləncəklərdir. Parkda yaşıllaşdırma işlərinə xüsusi diqqətlə yanaşılıb. Burada müxtəlif növ ağac və bəzək kolları əkilib, gül kompozisiyaları yaradılıb, suvarma sistemi qurulub. Bununla da park qəsəbə sakinləri və qonaqları üçün gözəl əyləncə və istirahət məkanına çevrilib.

Tədbirdə iştirak edən qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirib, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar. Yeni salınmış parkda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qəsəbə sakinləri ilə səyyar görüş keçirərək, onları dinləmiş və əhalini narahat edən problemlər ilə yaxından maraqlanıblar. Qəsəbə sakinlərindən 7 nəfəri İcra başçısı tərəfindən fərdi qaydada dinlənilib. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31