Magistral su kəmərində qəza baş verib
11 May 2018 11:03 Sosial11 may 2018-ci il tarixində gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. Bildirilib ki. buna səbəb magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması məqsədilə nəzərdə tutulan işlərin aparılmasıdır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31