Bakıda Polşa universitetləri təhsil sərgisi keçiriləcək

Mayın 12-13-də  Bakıda Hilton Hoteldə Polşa universitetlərinin təhsil sərgisini təşkil ediləcək.

"OLAYLAR" xəbər verir ki, "Improveer International" şirkəti tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, viza, Polşada yaşayış, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək.

Bundan əlavə bir sıra Polşa universiteti Azərbaycan tələbələri üçün pulsuz təhsil imkanları və yay məktəblərinə qəbul imkanı da təqdim edəcəklər. Sərgidə iştirak ödənişsizdir.

Xatırladaq ki, sərgi iki gün davam edəcək və saat 12:00-17:00 arası baş tutacaq. Sərgidə Polşa Səfirliyinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31