Zorlandığı deyilən qızın anası danışdı: “Qızımı evində zorla saxlayıb və…” – VİDEO

 

 

"Mən qızımı atan deyiləm!"

Ölkə gündəmini zəbt edən falçının qızları zorlaması xəbəri neçə gündür hər kəsin müzakirə etdiyi hadisədir.

Minval.info xəbər verir ki, "Space" Tv-nin efirində yayımlanan  "Olar? Olmaz!" verilişinə qızların birinin anası açıqlama verib. Verilişə müraciət edən qadın qızını heç vaxt atmayacağını və falçının tələsinə düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdən media vasitəsi ilə xəbər tutub. Qızının Ramil Talıbov adlı şəxsin əsrliyində qaldığını bildirən ana, hər kəsi həssas olmağa çağırıb: "Bu yaşda olan uşaqlarda falçıya getmək meyli olur. Qızım da gedib. Səhv edib. Mən anayam. Heç vaxt qızımı atan deyiləm".

Aparıcı Amil Xəlilin qızların birinə yönləndirdiyi "peşmansınızmı" sualı, zorlandığını iddia edən qızı göz yaşlarına boğub. Qızını tək böyütdüyünü deyən xanım aidiyyəti qurumların bu işi tezliklə həll etməsini xahiş edib.

Həmçinin oxu:

Falçı yanına gələn qızları zorlayıb, videoya çəkib - Bakıda dəhşətli hadisə - VİDEO

Bakıda qızları zorladığı iddia olunan falçı azadlıqda: "Özümü asmaq istəyirdim... " - AÇIQLAMA

 
 

 

 
 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00