“AzerTelecom” informasiya texnologiyaları sahəsində maarifləndirmə layihələrini dəstəkləyir
8 May 2018 12:46 SosialAzərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" MMC-nin baş sponsorluğu və STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilmiş "Golden Byte" beynəlxalq informasiya texnologiyaları müsabiqəsi başa çatıb.
"OLAYLAR"-a şirkətdən bildirilib ki, "Golden Byte" beynəlxalq İT müsabiqəsinin ölkəmizdə keçirilməsinə fevral ayından start verilib və bu günə qədər iki regional yarımfinal mərhələsi baş tutub. Ölkəmizi Ukraynada, Kiyev şəhərində keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək qaliblərin müəyyən olunması məqsədilə yekun regional final mərhələsi isə 4 may tarixində keçirilib.
Ümumilikdə regional finalın iştirakçıları 7 nominasiya üzrə öz layihələrini təqdim ediblər və bu layihələr "AzerTelecom" şirkətinin Kommersiya məsələləri üzrə direktoru Samir Nuriyevin də tərkibində təmsil olunduğu peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.Hər nominasiya üzrə qaliblərəvə eləcə də iştirakçılara təşkilatçılar tərəfindən müvafiq sertifikatlar, müsabiqəyə dəstək verən tərəfdaşlartərəfindən isə hədiyyələr təqdim olunub.