İnsan alveri qurbanlarının sayının azaldılması üçün dövlət öz üzərinə düşənləri ardıcıllıqla yerinə yetirir

Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmliyi, güc strukturlarımızın peşəkar fəaliyyəti sayəsində, bir sıra ölkələrin üzləşdiyi faciələr bizdən yan keçib 
 

Azərbaycan müstəqillik illərindən sonra hər bir sahədə olduğu kimi insan alverinə qarşı mübarizə sahəsində də uğurlu fəaliyyət göstərərək bu prolemin ölkəmizdən yan keçməsinə, onun təhlükələrinin minimum endirilməsinə çalışıb, qeyd edilən istiqamətdə məqsədyönlü addımlar atıb. Ancaq nəzər alsaq ki, insane alveri qlobal miqyaslı bir problemdir və Azərbaycan da qlobal məkanın bir üzvüdür, o zaman qeyd etdiyimiz problemin Azərbaycanda tamamilə aradan qaldırılmasından danışmaq yersiz olar. Lakin bütün bunlara rəğmən Azərbaycanda qeyd etdiyimiz kimi insane alverinə qarşıp mübarizə sahəsində uğurlu fəaliyyət göstərilir, müvafiq addımlar atılır. Elə bu günlərdə qanunverici orqanda

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun illik hesabatından da bunu aydın görmək mümkündür. Elə əksər ekspertlər, analitiklər, millət vəkilləri də bu qənaətdədirlər ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində uğurlu addımlar atılır. Millət vəkili Sahib Alıyev deyir ki, beynəlxalq müstəvidə insan alveri qurbanlarının sayının azlamaq əvəzinə getdicə artmasına baxmayaraq, müəyyən problemlər olsa da, Azərbaycanda bu baxımdan vəziyyət bir çox ölkələr üçün örnək sayıla bilər.  Onun sözlərinə görə, bu da ilk növbədə belə halların qarşısının alınmasıyla bağlı keçirilən əməliyyatların, 80-dən artıq əlavə və düzəlişlər etməklə qanunvericilik bazasının gücləndirilməsinin, beynəlxalq və yerli ekspertlərin, qeyri-hökumət təşkilatlarının, pedoqoji kollektivlərin, kütləvi informasiya vasitələrinin bu prosesə cəlb edilməsi və digər işlərin nəticəsdir: "Ancaq bunu xüsusi vurğulamalıyam və hazırda dünyada gedən proseslər də onu göstərir ki, Azərbaycanda insan alveri qurbanlarının sayının azaldılması baxımından ölkəmizdəki siyasi sabitlik və əmin-amanlıq qədər ikinci güclü faktor yoxdur və ola da bilməz. Onu da qeyd edim ki, Daxili İşlər Nazirliyinin, eləcə də digər güc strukturlarımızın birbaşa isnan alverinə qarşı yönəlməsə də, gördükləri əməliyyat və proflaktik xarakterli bəzi tədbirlər, o sıradan da radikal qrupların, terrorçu şəbəkələrə cəlb edilənlərin tapılması, tutulması və zərəsizləşdirlmələriylə bağlı atılan addımlar da öz müsbət nəticəsini verməkdədir.
Söhbət nədən gedir?  Baxın, Birləşmiş Millətlər Təşkilatının hərbi münaqişələr üzrə özəl təmsilçisi Zeynəb Banqura terorrçuların qadın və qızlardan hərbi, siyasi, ideoloji məqsədlə istifadə etdiklərini deyir. Kimlərin yaratdıqlarını və niyə yaratdıqlarını çoxumuzun yaxşı bildiyimiz İŞİD, Boko Haram və sair terrorçu qruplaşmalar həqiqəqətən də bunu edirlər. Hələ bu azmış kimi həmin qurplaşmaların istismarında olan qadın və qızların dünyaya gətirdikləri uşaqların əksəriyyəti isə bir qayda olaraq canlı bomba kimi yetişdirilir. Kimə qarşı? İlk növbədə müsəlmanların özlərinə qarşı". Sahib Alıyev deyib ki, insan alverindən danışarkən adətən ölkələri 3 qismə bölürük- mənbə ölkələr, tranzit ölkələr və təyinat ölklər: "Əslində isə insan alverinin ən iyrənc, ən təhlükəli formasının yaranması və yayılmasını təşkil edən bəzi ölkələr var ki, onları da səbəbkar ölkə olaraq bura əlavə etmək lazımdır. İnsan alveri qurbanlarının danışarkən daha çox onların istismarı nəticəsində əldə edilən milyardlarla dollar gəlir qabardılır. Məsələ burasındadır ki, məhz həmən qurbanlardan da faydalanılaraq bir sıra ölkələrin iqtisadiyat və infrastrukturuna, genefonduna vurulan zərər ondan qat-qat çoxdur.  Bu bir faktdır ki, dünyada insan alveri qurbanlarının sayının atrmasının kökündə duran ən böyük səbəblərdən biri də bir çox ölklərinin demokratiya adı altında xaosa sürüklənməsidir. Təkcə 2105-ci ildə Yaxın Şərqdəki xaosdan baş götürüb qaçan 90 min yetkinlik həddinə çatmayan kimsəsiz uşaq Avropaya üz tutub. Avropa Birliyinin polsi xidməti, yəni Europol bildirir ki, həmin kimsəsiz uşaqların 10 mini orada itkin düşüb, haqlarında heç bir məlumat yoxdur. Hardadır o uşaqlar, başlarına nə iş gətirilib, bunun cavabını kim verməlidir? Təəssüf ki, sual açıq qalır.
Klassik quldarlıq dövründə, yəni 4 əsr müddətində insan alveri dövriyyəsi 12 milyonu keçmədiyi halda, BMT-nin 20-ci konqresinin materiallarında son 30 ildə təkcə Asiya qitəsində 30 milyon qadın və uşağın qul kimi satıldığı qeyd edilir. İndi bu qəbldən olanların sayı 40 milyonun üzərindədir. UNICEF hər il 1,2 milyon, ekspertlərsə 3 milyon, yəni Ermənistan kimi bir ölkənin əhalisi boyda adamın insan alverinin qurbanına çevirildiyini deyir. 
Düzdür, dünya əhalisinin sayı o vaxtlardakı qədər deyil, bir neçə dəfə artıb. Amma orası da var ki, indi cənab Prezidentin də dəfələrlərlə vurğuladığı kimi beynəlxalq münasibətlərdə hüququn deyil, gücün hüququ əsas götürüldüyündən bir sıra hallarda millətlərarsı və dövlətlərarası münasibətlərdə quldarlıq dövründəkindən də amansız yanaşmayla üzləşirik. İnsan alveri qurbanlarının əhəmiyyətli bir hissəsi də məhz bu yanaşmanın nəticəsi olaraq meydan çıxır. Və insan alveri qurbanlrından təkcə gəlir əldə etmək yox, az öncə də dediyimiz kimi terroçuluq, siyasi və ideoloji məqsədlə faydanılıdığını da görürük. Çox təəssüflə qeyd etməliyik ki, əksər hallarda bundan faydalananlar elə guya insan alverinə qarşı mübarizənin öndüdə getdiklərini sərgiləyənlərdir". 
Millət vəkili deyib ki, Azərbaycan olaraq bir reallıqla da üzləşdik ki, mən istəyirəm burada onu da qeyd edəm. O da qanunsuz yollarla, saxta sənədlərlə qərbdə sığınacaq tapanları oradakı bəlli strukturların qul asılılığında saxlayaraq bizə düşmən kəsilənlərlə əməkdaşlığa cəlb etmək və öz ölkələrinə qarşı söyüş, şərəfsizlik və mənəviyyatsızlıq virusları kimi faydalanmalarıdır: "Bir sözlə, insan alveri qurbanlarının sayının bu dərəcədə yüksək olması təkçə ayrı-ayrı dövlət və cəmiiyyətlərdə savadsızılıq, kasıblıq, işsizlik faktorundan qaynaqmalnmır, həm də çox təəssüf ki, bəzi güclərin beynəlxalq müstəvidə quldurcasına və quldarcasına yeritdiyi siyasətdən irəli gəlir.Biz də həmin güclərin hədəfində olan ölkələrdənik. Ancaq az öncə də vurğuladığım kimi, Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmliyi, güc strukturlarımızın peşəkar fəaliyyəti sayəsində, bir sıra ölkələrin üzləşdiyi faciələr bizdən yan keçib. 
İnsan alveri qurbanlarının sayının azaldılması üçün dövlət öz üzərinə düşənləri ardıcıllıqla yerinə yetirir. Ancaq biz də cəmiyyət və fərd olaraq bu məsələni həmişə diqqətdə saxlamalı, aramızda insan alveri qurbalarının olmaması üçün gərəkənləri etməliyik. Yetişməkdə olan nəsli mediada, daha çox da sosial şəbəkədə bəzən açıq, bəzən dolayı yolla yüngül həyat tərzini, radikallığı təbliğ edənlərin təsirindən qorumağın və gələcəkdə insan alveri qurbanlarına çevirlmələrinin qarşısının alınmasının ən effektli yolu, fikrimcə, onların savadlı, öz adət-ənələrinə bağlı və vətənpərvər ruhda böyüdülməsidir".

Süleyman

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31