Rauf Talışinski VƏFAT ETDİ
8 May 2018 10:41 Sosial"Exo" qəzetinin baş redaktoru Rauf Talışinski dünyasını dəyişib.
Bu barədə Trend məlumat verir.
Qeyd edək ki, Rauf Talışinski 1956-cı ildə anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmən fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur. O, "Molodej Azerbaydjana (1978-1981), "Vışka" qəzetlərində çalışıb. 1981-1989-cu illərdə "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən "Zerkalo" qəzetinin baş redaktoru olub. 2001-ci ildən isə Rauf Talışinski "Exo" qəzetinin baş redaktoru postunda çalışıb.
Azərbaycan jurnalistikasının tanınmış simalarından olan R.Talışinskinin vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun ailə üzvlərinə və yaxınlarına səbir diləyirik.
Allah rəhmət eləsin!