Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

Faşizm üzərində qələbənin 73-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, orkestrlər Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında və Fəvvarələr meydanında çıxış edəcəklər.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31