Sumqayıtdakı kəskin qoxunun səbəbkarı cərimələndi
7 May 2018 17:42 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları növbəti reyd keçirib.
Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, reyd zamanı Sumqayıt şəhər məişət tullantıları poliqonunda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi, yandırıldığı və nəticədə ətraf ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.
Faktla bağlı poliqonun icarədarı Qəhrəmam Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib.
Qanun pozuntusunun aradan qaldırılması üçün Q.Qəhrəmanova icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31